İngiltərənin Premyer Liqa təmsilçisi “Everton”un “Fənərbağça”nın mərakeşli hücumçusu Yusif Ən-Nesyri ilə maraqlandığı iddia olunur.
Referans Media xəbər verir ki, qış transfer pəncərəsində Entoni Musaba, Matteo Qendouzi və Mert Günoku heyətinə qataraq hücum xəttini gücləndirən “Fənərbağça” bir tərəfdən də komandada düşünülməyən futbolçularla yollarını ayırmağa davam edir.
“Sarı-lacivərtlilər” İrfan Can Eğribayat və İrfan Can Kahvecini mövsümün sonuna qədər icarəyə göndərib.
Komandanın mərakeşli bombardiri Yusif Ən-Nesyri ilə bağlı isə Premyer Liqa klubunun maraqlandığı bildirilir. İtaliyalı jurnalist Matteo Morettonun məlumatına görə, İngiltərənin köklü klublarından “Everton” 27 yaşlı hücumçunun transferini yaxından izləyir.























