image-fabrizio-duyurdu-fenerbahce-kante-transferini-bitirmeye-cok-yakin-9qnxbackend

“Fənərbaxça” dünyanı silkələdi: Kante gəlir

Dünyaca məşhur futbol jurnalisti Fabrizio Romano, “Fənərbaxça”nın ulduz yarımmüdafiəçi NQolo Kantenin transferini başa çatdırmağa çox yaxın olduğunu bildirib.

Referans Media xəbər verir ki, Romano qeyd edib ki, çərşənbə axşamı baş tutan müsbət danışıqlardan sonra Kante ilə “Fənərbaxça” arasında şəxsi şərtlər üzrə razılaşma əldə olunmaq üzrədir.

Məşhur insayderin sözlərinə görə, Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu ilə danışıqlar davam edir, lakin futbolçunun transfer məbləği hələlik tam dəqiqləşməyib.

“Fənərbaxça” rəhbərliyinin bu transferi qısa müddətdə yekunlaşdırmaq istədiyi vurğulanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki