image-cenig-underbackend

Beşiktaşdan xoş xəbər: Cengiz Ünder komandaya qoşuldu

Beşiktaş keçirilən məşqlə Ziraat Türkiyə Kubokunda cümə axşamı günü Ankara Keçiörengücü ilə oynayacağı matçın hazırlıqlarına başlayıb.

Referans Media xəbər verir ki, zədəsi sağalan Cengiz Ünderdə komandaya qoşularaq məşqdə iştirak edib.

Qara Qartal, Antalya düşərgəsinin ardından məşqçilər heyətinin futbolçulara verdiyi iki günlük istirahət müddətini başa vurub. Dünən səhər keçirilən məşqlə Ziraat Türkiyə Kubokunda cümə axşamı günü Ankara Keçiörengücü ilə keçirəcəyi matçın hazırlıqları yenidən başlayıb.

Futbolçular, baş məşqçi Sergen Yalçın rəhbərliyində keçirilən məşqdə isinmə qaçışlarından sonra kiçik meydançada mini qapılı oyun oynadılar. Təxminən 1 saat davam edən məşq taktiki çalışmalarla yekunlaşıb.

Zədəsi sağalan Cengiz Ünder komandaya qoşulub. Afrika Millətlər Kubokundan qayıdan El Bilal Toure də məşqdə iştirak edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki