ABŞ və İsrailin Yaxın Şərq münaqişəsindəki hərəkətlərinin nəticələri hələ uzun müddət özünü göstərəcək.
Referans Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın İctimai Televiziyasına verdiyi müsahibədə bildirib.
“Amerikalı həmkarlarımızın, bu halda israillilərlə birlikdə etdiklərinin nəticələri son dərəcə ağırdır. Onlar bunu dayandırmalıdır”, – deyə o bildirib.
Qeyd edək ki, bundan əvvəl Pentaqon rəhbəri Pit Heqset İrandakı döyüşlər zamanı ABŞ ordusuna sərt davranmağı əmr etdiyini etiraf edib.//globalinfo.az























