image-46575_60643_5440backend

İran danışıqları dayandırdı: Pakistana sadəcə bir isim gedir, o isə…

Rəsmi Tehran Pakistana yollanması planlaşdırılan ABŞ nümayəndələri – Stiv Uitkoff və Cared Kuşner ilə danışıqlar aparmaq niyyətində deyil.

Referans Media xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb. Qeyd olunur ki, İran tərəfi bu istiqamətdə hər hansı görüş planlaşdırmayıb və belə təmasların keçirilməsi gündəmdə yoxdur.

Nəşrin məlumatına əsasən, buna baxmayaraq, diplomatik təmaslar tam dayanmayıb. Bildirilir ki, İranın xarici işlər naziri Abbas Əraqçi müharibənin başa çatdırılması ilə bağlı Tehranın mövqeyini müzakirə etmək üçün Pakistanın paytaxtı İslamabada səfər edəcək.

Qeyd olunur ki, bu səfər çərçivəsində əsas diqqət regiondakı gərginliyin azaldılması və mümkün siyasi həll yollarının müzakirəsinə yönələcək.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki