Ərini, uşaqlarını qoyub Bakıya qaçan qadınların dərdi bu imiş?… – AÇIQLANDI backend

Ərini, uşaqlarını qoyub Bakıya qaçan qadınların dərdi bu imiş?… – AÇIQLANDI 

Son illər rayon və kənd yerlərindən Bakıya gələn qadınların sayında artım müşahidə olunur. Bəziləri daha yaxşı həyat qurmaq, iş tapmaq və ya azad yaşamaq arzusu ilə paytaxta üz tutur. Uşağını, həyat yoldaşını, bəzən isə bütün ailəsini geridə qoyub gələn qadınların hekayələri cəmiyyətin diqqətini çəkməyə başlayıb. Kimisi paytaxtda həyatının dəyişəcəyinə inanır, kimisi isə kənddəki dar çərçivələrdən uzaqlaşmaq istəyir. Bəs qadınları bu cür qərarlar almağa vadar edən səbəblər nələrdir və bu vəziyyətin qarşısını almaq üçün nə etmək olar?

Psixoloq Samirə Bağırova məsələni Yenisabah.az-a belə şərh edib:

“Əsas səbəb kəndlərin təfəkkür baxımından inkişafdan geriləməsi və təbii ki, işsizlik. Əvvəllər kişilər təsərüffatçılıqla məşqul olardılar, qadınların bir qismi də həyat yolsaşlarına kömək edərdilər, digər qismi ev işləri ilə məşqul idi. Amma müasir dünyanın qadını fərq etmir kənd yaxud şəhər çalışmaq, pul qazanmaq, özünü fərdi inkişaf elətdirmək, dünyaya baxış bucağını dəyişmək istəyir. Şəhər daha çox meqapolis olduğu üçün, xəyallarını realizə etmək şansı böyükdür. Necə ki, bəzi insanlar hətta şəhər ilə kifayətlənməyərək, daha çox inkişaf etmiş ölkələrə can atırlar bu eyni səbəbdir”. pizza hut

Psixoloq vurğulayıb ki, heç kim öz yurdundan ayrı düşmək istəməz:

“Şəhərdə iş imkanları ticarət, xidmət sektoru (kafe, mağaza, salon), ofis işləri və təhsil imkanları daha genişdir. Maliyyə müstəqilliyi arzusu səbəb ola bilər, belə ki, ənənəvi kənd mühitində qadınlar çox maliyyə baxımından ailəyə və ya ərinə bağlıdır. Təhsil və özünüinkişaf, iş imkanları səbəb ola bilər. İctimai aktivlik, sosiallaşmaq. Psixoloji və mədəni perspektiv baxımından, azadlıq ehtiyacı, kimlik axtarışı..

Bu kimi müasir dünyanın – fərdin özgüvənli, daha mübariz olması üçün bir çox qaydaları mövcuddur. Təbii ki, şəhərdəki imkanlar kəndlərdə də, geniş şəkildə inkişaf etsə, kimsə öz yurdundan getmək istəməz”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki