Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Polşanın Qdansk şəhərinə səfər edəcək.
Referans Media xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Armen Qriqoryan Ukraynanın bərpasına həsr olunan beynəlxalq konfransda iştirak edəcək.
Forumda Ukraynanın uzunmüddətli modernləşdirilməsi, investisiyaların cəlb olunması, beynəlxalq yardımın koordinasiyası, eləcə də ölkənin Avropa İttifaqının daxili bazarına inteqrasiyası məsələləri müzakirə ediləcək.
Konfrans çərçivəsində infrastruktur və enerji layihələri də əsas gündəm mövzuları sırasında yer alacaq.
