İspaniya nəhəngi “Real Madrid” yay “transfer pəncərəsi”ndə heyətinə təcrübəli hücumçu cəlb etməyi planlaşdırır.
Referans xəbər verir ki, “Kral klubu”nun yeni baş məşqçisi Xabi Alonso bosniyalı Edin Cekonu ehtiyat mərkəz oyunçusu kimi sıralarına qatmağı düşünür.
Bu barədə məlumatı İspaniyanın “Defensa Central” nəşri yayıb.
Madrid təmsilçiləri təcrübəsi və sabit çıxışı ilə seçilən bir hücumçu axtarışındadır.
38 yaşlı futbolçu bu kriteriyalara uyğun gələn əsas namizədlərdən biri sayılır.
O, son mövsümdə Türkiyənin “Fənərbağça” klubunda çıxış edib və hazırda azad agentdir.
Xatırladaq ki, təcrübəli hücumçu geridə qalan futbol ilində İstanbul təmsilçisinin heyətində 55 oyuna çıxıb, 21 dəfə fərqlənib və 8 məhsuldar ötürmə ilə yadda qalıb./Offsideplus.az