Qış transfer dövrünün başlamasına az vaxt qalmış “Fənərbaxça”da hazırlıqlar davam edir. Sarı-lacivərdli klubda komandadan ayrılması ehtimal olunan ilk futbolçulardan biri müəyyənləşib.
Kluba 128 milyon avro gəlir
“Fənərbaxça” Kamuyu Aydınlatma Platformasına (KAP) verdiyi açıqlamada Şükrü Saracoğlu İdman Kompleksi və Dereağzı Lefter Küçükandonyadis Məşq Bazalarının “Fənərbaxça Futbol AŞ”yə icarəyə verildiyini bildirib. Təxminən 128 milyon avro dəyərində olan bu razılaşmanın klubun maliyyə yükünü azaltması, borcların yenidən strukturlaşdırılması və transfer planlaması baxımından əhəmiyyətli imkan yaradacağı qeyd olunub.
Szymanski satılır
2023-cü ilin yayında Moskvanın “Dinamo” klubundan transfer edilən Sebastian Szymanski üçün ayrılıq gündəmdədir. 26 yaşlı polşalı yarımmüdafiəçi üçün baş məşqçi Domeniko Tedesco “göndərilə bilər” hesabatı təqdim edib. Futbolçunun “Fənərbaxça” ilə müqaviləsinin bitməsinə 1,5 il qalır.
Meneceri danışıqlara başlayıb
Azarkeşlərin etirazlarından sonra narazı olduğu bildirilən Szymanskinin meneceri maraqlanan klublarla ilkin danışıqlara start verib. Futbolçu ilə Fransa təmsilçisi “Lion”un, eləcə də Almaniyadan bir neçə klubun maraqlandığı bildirilir. Onun transfer qiyməti 10 milyon avro olaraq müəyyənləşdirilib.
Bu mövsümün statistikası
Jose Mourinyo dövründə əsas heyətin daimi üzvü olan Szymanski, Tedesco dönəmində formadan düşüb və əsas heyətdə






















