Fənərbaxça ilə anlaşdı, TFF-dən gözlənilməz xəbər gəldi!

"Fənərbaxça" ilə anlaşdığı bildirilən "Kasımpaşa"nın baş məşqçisi Emre Belözoğlu Türkiyə Futbol Federasiyasının (TFF) qərarı ilə gündəmə gəlib.

Referans Media xəbər verir ki, TFF-nin Hüquq Müşavirliyi təcrübəli mütəxəssisi "Beşiktaş"la oyundan sonra verdiyi açıqlamalara görə Peşəkar Futbol İntizam Şurasına (PFDK) göndərib.

Emre Belözoğlu Superliqanın X turunda "Beşiktaş"la qarşılaşmadan sonra keçirilən mətbuat konfransında və yayımçı quruma verdiyi müsahibədə səsləndirdiyi fikirlərə görə intizam məsuliyyətinə cəlb olunub.

Baş məşqçi şuraya tədbirsiz şəkildə göndərilib. Onun hansı cəza ilə üzləşəcəyi PFDK-nın verəcəyi qərardan sonra məlum olacaq. Mümkün sanksiyalar arasında cərimə və müəyyən müddətə oyunlardan kənarlaşdırılma da var.

Qeyd edək ki, Emre Belözoğlu ilk baş məşqçilik təcrübəsini "Fənərbaxça"da yaşayıb. O, İstanbul təmsilçisinin başında olduğu 10 oyunda 7 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət əldə edib. Komanda ilə orta hesabla 2,30 xal toplayıb.

Daha sonra Başakşehir, Ankaragücü, Antalyaspor və Kasımpaşada çalışan mütəxəssis ötən mövsüm sonuncu komandanı aşağı liqaya düşmək təhlükəsindən xilas edib.

Belözoğlunun rəhbərliyi altında Kasımpaşa bu mövsüm keçirdiyi 10 oyunda 17 xal toplayaraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki