Sergio Konseysa ilə danışıqlarda razılıq əldə edə bilməyən “Fənərbaxça” rəhbərliyi diqqətini Emre Belözoğluna yönəldib.
Referans Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Kasımpaşa” klubu Emre Belözoğlunun komandadan ayrılmasına razılıq verib.
Fənərbaxça rəhbərliyinin bu axşam türkiyəli mütəxəssislə görüşəcəyi, sabah isə təyinatla bağlı rəsmi açıqlama veriləcəyi gözlənilir.
Məlumata əsasən, müqavilə imzalanacağı təqdirdə Belözoğlu “Fənərbaxça”nın “Liverpul”la oyununda komandanı meydana çıxarmaq istəyir.
Qeyd edək ki, Emre Belözoğlu futbolçu karyerası ərzində də “Fənərbaxça”nın formasını geyinib. O, son açıqlamasında İstanbul təmsilçisinin onun üçün xüsusi yerə sahib olduğunu bildirmişdi.
