"Qalatasaray" UEFA Çempionlar Liqasının IV turunda Almaniyanın Ştutqart komandasını 2:0 hesabı ilə məğlub edib. Görüşün qəhrəmanı hər iki qola imza atan Aleksey Batrakov olub. Gənc futbolçunun möhtəşəm çıxışı Türkiyə millisinin baş məşqçisi Sergen Yalçının onun haqqında əvvəllər səsləndirdiyi fikirləri yenidən gündəmə gətirib.
Referans Media xəbər verir ki, Sergen Yalçın Batrakovu bəyənmədiyini və onun 25-30 milyon avro dəyərində futbolçu olmadığını bildirmişdi.
Sergen Yalçın Batrakov haqqında nə demişdi?
Sergen Yalçın daha əvvəl gənc futbolçunun oyun üslubunu tənqid edərək onun Çempionlar Liqasında komandasına qələbə qazandıracaq səviyyədə olmadığını iddia etmişdi.
O, Batrakovla bağlı açıqlamasında belə demişdi: “Batrakovu çox bəyənmirəm. Onun 25-30 milyon avro veriləcək futbolçu olduğunu düşünmürəm. Batrakov 10 nömrə deyil, "Qalatasaray"a Çempionlar Liqasında oyun qazandıracaq futbolçu modeli də deyil”.
Sergen Yalçının bu fikirləri Batrakovun Çempionlar Liqasındakı uğurlu çıxışından sonra yenidən müzakirə mövzusuna çevrilib.
Gənc futbolçu Barselona, Lill və Ştutqartla qarşılaşmalarda vurduğu qollarla turnirdə 4 dəfə fərqlənib və bombardirlər yarışında zirvəyə yüksəlib.
Ştutqartla oyunda dubl edən Batrakov komandasına vacib qələbə qazandırmaqla yanaşı, Yalçının əvvəlki qiymətləndirmələrinin də yenidən xatırlanmasına səbəb olub.
