FƏRİD QAYIBOVUN YENİ İL ŞƏNLİYİ: Rafael Ağayevi niyə dəvət etməyiblər?

Yaxşı olardı ki, Fərid Qayıbov yola salmaqda olduğumuz ilin başlanğıcında azad edilmiş müavini-Marianna Vasilevanın Azərbaycanda idmana vurduğu zərbən yada salardı. Xatırladım ki, Fərid müəllimin rəğbət bəslədiyi, haqqında həmişə ağızdolusu danışdığı Marianna xanımın sayəsində 2024-cü il dekabrın 31-də Gimnastika Etikası Fondunun (GEF) İntizam Komissiyası Azərbaycan Gimnastika Federasiyasını (AGF) Beynəlxalq Gimnastika Federasiyasının (FIG) himayəsi altında keçirilən tədbirlərdə iştirakdan 180 gün kənarlaşdırmışdı. Buna səbəb Azərbaycan milli komandasının sabiq baş məşqçisi, həmin vaxt gənclər və idman nazirinin müavini olan Mariana Vasilevanın idmançılara qarşı fiziki zorakılıqda ittiham edilməsi idi. Onun özü isə ömürlük diskvalifikasiya edilib. Bundan sonra Marianna Vasileva nazir müavini vəzifəsindən azad edildi. Lakin Fərid Qayıbovun elə həmin gün Mariana Vasileva ilə selfi çəkdirib öz sosial şəbəkələrində paylaşmağının, işdən çıxarılmış Vasilevanın nazirlikdə vətəndaş qəbulunda iştirakını təmin edərək dövlət səviyyəli tədbirə aparmağının sirrini, bununla onun nə demək istədiyini bu günə kimi də heç kim bilmədi. Bəlkə hörmətli cənab Fərid Qayıbov 2026-cı ilə kimi bu sirrin üstünü açsın, biz də bilək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki