Burundili futbolçu matç zamanı boğularaq ölüb.
Referans Media xəbər verir ki, bu barədə “Sport Nyus Afrika” məlumat yayıb.
Məlumata görə, “Qepye-dyu-Lak” komandasının yarımmüdafiəçisi İqiraneza Ayme Gerikin halı “Amassipiri” ilə matç zamanı pisləşib.
Belə ki, futbolçu cadugərlik ritualına uyğun olaraq ağzına qəpik qoyub, lakin dəmir pul onun boğazına gedərək nəfəs borusunu tıxayıb.
Tibb işçiləri ona meydançada yardım göstəriblər. Lakin futbolçu xəstəxanaya aparılarkən yolda ölüb.





















