Cəlilabad sakini bədbəxt hadisə nəticəsində ölüb.
Referans Media APA-ya istinadla xəbər verir ki, bir neçə gün öncə Masallı ərazisində Cəlilabad sakini, 2003-cü il təvəllüdlü Çoşqun Quliyev çaya tullanan zaman boyun nahiyəsindən xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib və bu gün orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
