Daşkəsəndə qəza: xəsarət alanlar var

Daşkəsəndə yol nəqliyyat hadisəsi baş verib.

Referans Media APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Əmirvar kəndi ərazisində qeydə alınıb.

“Niva” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı 1994-cü il təvəllüdü A.Quliyev və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki