Qəza baş verdikdə sürücülər bu halda hadisə yerini tərk edə bilərlər

Paytaxt yollarında yaranan süni nəqliyyat sıxlığının əsas səbəblərindən biri maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrindən sonra avtomobillərin uzun müddət yolun hərəkət hissəsində saxlanılmasıdır. Halbuki qüvvədə olan qanunvericilik müəyyən hallarda sürücülərə nəqliyyat vasitələrini yolun kənarına çəkməyə və hadisə yerini tərk etməyə imkan verir. Mövzunun aktuallığını son günlər qeydə alınan iki yol-nəqliyyat hadisəsi də təsdiqləyir.

Referans Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov məlumat verib.

O bildirib ki, son günlər qeydə alınan yol-nəqliyyat hadisəsində sürücü yol şəraitini düzgün qiymətləndirmədiyindən, sürət həddini düzgün seçmədiyindən və ara məsafəsini saxlamadığından qarşıda hərəkətdə olan avtomobilə çırpılır. Qeyd edib ki, maddi zərərlə nəticələnən qəza zamanı iştirakçılar nəqliyyat vasitələrini uzun müddət yolun hərəkət hissəsində saxladıqları üçün həm əsas, həm də kəsişən yollarda hərəkət çətinləşir və süni sıxlıq yaranır. Nəticədə digər hərəkət iştirakçıları əlavə vaxt itirirlər.

Ö. Xıdırov bildirib ki, daha sonra qeydə alınan qəzalar da birbaşa sürücü məsuliyyətsizliyi ilə bağlıdır: “Bu hadisədə müşahidə olunur ki, yük avtomobilinin sürücüsü baş vermiş qəzadan sonra nəqliyyat vasitəsini vaxtında yolun hərəkət hissəsindən kənarlaşdırmayıb. Bu zaman arxadan gələn minik avtomobilinin sürücüsünün diqqətsizliyi ikinci yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki