Gərginlik artır: ABŞ–İran razılaşa bilmədi, Rusiya müdaxilə etdi

ABŞ ilə İran arasında aparılan və nəticəsiz başa çatan danışıqlardan sonra Rusiyadan diqqətçəkən təklif gəlib. Kreml gələcək mümkün sülh razılaşmasının bir hissəsi kimi İranın zənginləşdirilmiş uranını qəbul etməyə hazır olduğunu açıqlayıb.

Referans Media xarici KİV-ə istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, bu təklif Rusiya Prezidenti Vladimir Putin tərəfindən həm ABŞ, həm də region ölkələri ilə aparılan danışıqlarda səsləndirilib.

“Bu təklif həm ABŞ, həm də region ölkələri ilə təmaslarda cənab Putin tərəfindən irəli sürülüb. Təklif hələ də qüvvədədir, lakin indiyədək həyata keçirilməyib”, – deyə Peskov qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki