Göygöldə yol qəzasında ana və qızı yaralanıb

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Referans Media xəbər verir ki, "Report"un Qərb bürosunun məlumatına əsasən, hadisə Gəncə–Daşkəsən avtomobil yolunun Göygöl rayonunun Qızılca kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-21015" və "Hyundai" markalı minik avtomobillərinin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü İlhamə Hüseynova və onun 2004-cü il təvəllüdlü qızı Xədicə Hüseynova, həmçinin "VAZ-21015" markalı avtomobilin sürücüsü Əli Əsgərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanalardan birinə çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki