Bakıda qətl törədildi

İyulun 30-u saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində qətl hadisəsi baş verib.

Referans Media APA-ya istinadla xəbər verir ki, 1987-ci il təvəllüdlü Sabir Camalov münaqişə zəminində 1991-ci il təvəllüdlü Orxan Yusubova bıçaqla xəsarətlər yetirib. O. Yusubov aldığı xəsarətlərdən ölüb.

Hadisəni törədib qaçan S. Camalovu polis əməkdaşları saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki