Lənkəranda kanalda meyit TAPILDI

Lənkəranda kanalda meyit tapılıb.

Referans Media xəbər verir ki, hadisə iyulun 30-da qeydə alınıb.

Yuxarı Nüvədi kənd sakini 1978-ci il təvəllüdlü Mais Abdullayevin meyiti Bəllərbur kəndinin ərazisində kanalda tapılıb.

Onun iyulun 26-dan itkin kimi axtarıldığı bildirilir.

Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

Araşdırma aparılır./APA/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki