Keçmiş münasibət qanlı sonluqla bitdi: Yeni görüntülər üzə çıxdı - VİDEO

Türkiyənin Yalova vilayətinin Çiftlikköy rayonunda iki nəfərin ölümü ilə nəticələnən silahlı hadisə ilə bağlı yeni təhlükəsizlik kamerası görüntüləri ortaya çıxıb.

Referans Media xəbər verir ki, hadisə iyulun 28-də axşam saatlarında Siteler məhəlləsində yerləşən daşınmaz əmlak ofisində baş verib. Məlumata görə, 49 yaşlı Gül Nihal Akçal ilə 39 yaşlı daşınmaz əmlak üzrə mütəxəssis Enes Vasfi Yerlikaya arasında mübahisə yaranıb. Mübahisə zamanı silahdan istifadə olunub və nəticədə hər iki şəxs həyatını itirib.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Həkimlər hər iki şəxsin öldüyünü müəyyən ediblər. Meyitlər ekspertiza üçün Yalova Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

İstintaq çərçivəsində məlum olub ki, həyatını itirən şəxslər əvvəllər münasibətdə olublar və hər ikisi evli idi.

İctimaiyyətə təqdim edilən yeni təhlükəsizlik kamerası görüntüləri hadisənin gedişatını əks etdirir və hazırda istintaq materialları sırasında araşdırılır.

Hadisə ilə bağlı araşdırma davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki