Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin giziri Əli Quliyevin oğlu vəfat edib.

Referans Media  xəbər verir ki, şəhidin oğlu Mürsəl Quliyev xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Əli Quliyev 18 il Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib. 2020-ci il oktyabrın 26-dan 27-ə keçən gecə Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə", “Cəbrayılın azad olunmasına görə” medalları ilə və "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib./Unikal/