Gürcüstanda Kaladzenin qərargahının önündə qarşıdurma – Polis müdaxilə etdi

  Gürcüstanda Tbilisinin Melikişvili prospektində keçirilən aksiyalar zamanı qarşıdurma yaranıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) aksiya iştirakçılarına xəbərdarlıq edib.

DİN aksiya iştirakçılarını polisin qanuni göstərişlərinə əməl etməyə çağırıb. Bildirilib ki, əks halda hüquq-mühafizə orqanları qanunla nəzərdə tutulmuş tədbirlər görəcək.

Polisin vəziyyəti nəzarətə götürdüyü və münaqişənin böyüməsinin qarşısının alındığı bildirilir.

Qeyd edək ki, Tiflisdə hakim “Gürcü Arzusu” və müxalif partiya üzvləri arasında qarşıdurma olub. Qarşıdurma paytaxt meri Kaxa Kaladzenin qərargahının önündə baş verib.//publika.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki