Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk dünyası ilə qardaşlıq və həmrəyliyin sarsılmaz olduğunu bildirib.
Referans Media “Haber Global”a istinadən xəbər verir ki, Ərdoğan bu fikirləri hökumətin iclasından sonra keçirdiyi mətbuat açıqlamasında səsləndirib.
Türkiyə lideri oktyabrın 30-da Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə toplantısının Ankarada keçiriləcəyini xatırladıb.
“Cümə günü ailə məclisimiz kimi gördüyümüz Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə toplantısına yenidən Ankarada ev sahibliyi edəcəyik. İnanıram ki, türk dünyası olaraq sarsılmaz qardaşlığımıza dinamit qoymaq istəyənlərin qarşısında yenə də birlik və bərabərlik içində dayanacağıq”, – deyə Ərdoğan bildirib./Globalinfo.az
