İlham Əliyev Nuveysi qəbul etdi – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Dünya Turizm Təşkilatının Baş katibi xanım Şeyxa Əl Nuveysi qəbul edib.

Referans Media AZƏRTAC-a istinadla xəbər verir ki, qonaq qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Söhbət zamanı ölkəmizlə Dünya Turizm Təşkilatı arasında həyata keçirilən əməkdaşlıqdan məmnunluq ifadə olundu, Azərbaycanda turizmin inkişafına dövlət səviyyəsində göstərilən qayğıdan söhbət açıldı, paytaxtla yanaşı regionlarımızda da müasir turizm infrastrukturunun yaradıldığı vurğulandı. Bütün bunların, eyni zamanda, Azərbaycanda hökm sürən əmin-amanlığın turizmin inkişafı üçün çox mühüm əhəmiyyət kəsb etdiyi qeyd edildi, Azərbaycanın turistlər üçün cəlbedici ölkə olduğu vurğulandı.

Görüşdə gələcək əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.

PT4PZbdvqtKA1g1nnBOfGwndiI9L1o7ArvKfyMVq 1200

uuZZ6Ms7kaktPKLG5VRhIyvn7guRu9XYjXEfziYb 1200

UagrE7GCX98fVMBUhsjNobzq6RuXZEGXqHuWfe34 1200RedXO9BLbJr8YhqdjgiKkY9yaCCWlCDw4Czj64no 1200


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki