İbrahim Tatlısəsdən yeni xəbər var - FOTO

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəsin müalicə aldığı xəstəxanadan yeni fotosu paylaşılıb.

Referans Media xəbər verir ki, əməliyyatdan sonra Ankara Bilkent Şəhər Xəstəxanasında reabilitasiya və fizioterapiya müalicəsi alan sənətçinin xəstəxanın həyətindən çəkilmiş görüntüsü yayılıb.

Paylaşılan fotoda İbrahim Tatlısəsin olduqca gümrah və əhvalının yüksək olduğu diqqət çəkib. Məlumata görə, sənətçi planlaşdırılmış reabilitasiya proqramını davam etdirir və səhhəti getdikcə yaxşılaşır.

Bildirilir ki, müalicə müddətində Tatlısəsi yaxınları, dostları və bir sıra dövlət rəsmiləri də ziyarət ediblər.

Məşhur sənətçinin xəstəxanadan nə vaxt evə buraxılacağı ilə bağlı isə hələlik rəsmi açıqlama verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki