Məşhur aktrisa illər sonra sirri açdı: "Heç bir ödəniş almamışam"

Türkiyəli aktrisa Duyğu Çetinkaya illər sonra qatıldığı "Survivor" yarışması ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Referans Media xəbər verir ki, aktrisa yarışmaya maddi qazanc üçün deyil, həyatında yaşadığı ağır psixoloji dövrdən çıxmaq məqsədilə qatıldığını bildirib.

Çetinkaya iddia edib ki, "Survivor" tarixində ödəniş almadan yarışan yeganə məşhur iştirakçı olub.

"Məşhur kimi yarışmaya qatılıb könüllü şəkildə mübarizə aparan və heç bir ödəniş almayan yeganə insan mənəm. Mənim üçün "Survivor" nə pul, nə də şöhrət idi", – deyə o bildirib.

Aktrisa yaxın rəfiqəsini yol qəzasında itirdikdən sonra ciddi psixoloji sarsıntı keçirdiyini, panik ataklardan əziyyət çəkdiyini və özünü xoşbəxt hiss etmədiyini etiraf edib.

"Pulum var idi, tanınırdım, amma xoşbəxt deyildim. Həyatımdan qaçmaq, yenidən ayağa qalxmaq istəyirdim. Mənim üçün "Survivor" bir növ xilas yolu oldu", – deyə Çetinkaya vurğulayıb.

O, həmçinin yarışmanın televiziya versiyasında daha çox mübahisəli anların nümayiş etdirildiyini bildirib.

Aktrisanın sözlərinə görə, adada yaşananların böyük hissəsi ekrana çıxarılmayıb və izləyicilər əsasən dava səhnələrini görüblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki