“Qalatasaray”ın hücumçusu Mauro İkardi klubun tarixinə düşüb.
Referans Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Argentinalı hücumçu Superliqada “sarı-qırmızılar”ın oyunçusu kimi ən çox qol vuran əcnəbi futbolçu olub. O, buna “Kasımpaşa” ilə oyunda (3:0) vurduğu qolla nail olub.
İkardi Türkiyə çempionatında keçirdiyi 81 matçda 60 dəfə fərqlənib. Argentina millisinin sabiq üzvü bu göstəricidə klubun əfsanəsi George Hacini geridə qoyub. Rumıniyalı sabiq futbolçunun aktivində 59 qol var.
Qeyd edək ki, İkardi rəsmi oyunlarda daha 3 qol vuracağı təqdirdə isə “Qalatasaray” tarixinin bütün turnirlər üzrə ən məhsuldar əcnəbi futbolçusu olacaq.






















