ABŞ-dən sülh müqaviləsi ilə bağlı SON DƏQİQƏ - Bu tarixdə...

ABŞ siyasi dairələrindən Cənubi Qafqazdakı sülh prosesi ilə bağlı diqqətçəkən proqramlar səsləndirilməkdədir.

Vaşinqtonun konqresmeni Abraham Hamade bəyan edib ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində danışıqlar daha sürətli templə irəliləyir və yekun sənədin ABŞ Prezidenti Donald Trampın hazırkı səlahiyyət müddəti başa çatanadək reallaşması mümkündür. Yay aylarında bölgəyə səfərlər edən konqresmen “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nu (TRIPP) genişmiqyaslı geosiyasi təşəbbüs kimi qiymətləndirərək regionda Rusiyanın təsirinin azaldığını və İranın zəiflədiyini qeyd edib.

Referans Media bildirir ki, məsələ ilə bağlı NOCOMMENT.az-a geniş açıqlama verən tanınmış politoloq, professor Qabil Hüseynli bildirib ki, ABŞ konqresmeninin səsləndirdiyi bu cür bəyanatlar və Vaşinqtonun Cənubi Qafqazdakı proseslərə aktiv müdaxilə etməsi bölgədə yeni geosiyasi reallıqların formalaşdığını açıq şəkildə nümayiş etdirir

"ABŞ-nin bu prosesdə xüsusi fəallıq göstərməsi və sülh sazişinin yaxın vaxtlarda imzalanacağı ilə bağlı optimizm səsləndirməsi təsadüfi xarakter daşımır. Vaşinqton yaxşı başa düşür ki, Cənubi Qafqazda uzunmüddətli sabitliyin təmin olunması həm də regiondakı nəqliyyat-kommunikasiya xətlərinin, xüsusilə TRIPP layihəsinin işə düşməsindən birbaşa asılıdır. Qərb üçün əsas hədəflərdən biri Rusiya və İranın bu coğrafiyadakı iqtisadi və siyasi təsir imkanlarını neytralllaşdırmaq, eyni zamanda Orta Asiyanı Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya bağlayan alternativ enerji və nəqliyyat dəhlizini tam nəzarətə götürməkdir".

Ekspert qeyd edib ki, Azərbaycanın milli maraqları və yürütdüyü müstəqil siyasət bu qlobal maraqlar kontekstində mühüm rol oynayır:

"Azərbaycan hər zaman bölgədə sülhün, əməkdaşlığın və kommunikasiyaların açılmasının təşəbbüskarı olub. İrəvan ilə sülh sazişinin imzalanması ölkəmizin şərtləri və qəti mövqeyi əsasında gerçəkləşir. Abraham Hamadenin qeyd etdiyi kimi, sənədin tezliklə imzalanması ehtimalı realdır, çünki artıq Ermənistan da başa düşür ki, regionda təcrid olunmuş vəziyyətdə qalmaq onların iqtisadi məhv deməkdir. Lakin burada əsas məsələ ABŞ-nin və digər beynəlxalq oyunçuların bu prosesə birtərəfli deyil, ədalətli yanaşmasıdır. Əgər Vaşinqton həqiqətən də Cənubi Qafqazda davamlı sülhün inşasında maraqlıdırsa, Azərbaycanın haqlı mövqeyini dəstəkləməli və maneəsiz inteqrasiya prosesinə töhfə verməlidir".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki