İngiltərədə qan donduran sadizm: Qoça işgəncə edib, havai fişək ilə partlatdılar

Referans Media xarici xəbər saytına istinadən xəbər verir ki, İngiltərədə, Plumpton Kənd Təsərrüfatı Kollecinin tələbəsi olan iki şəxs, qorunan bir heyvana lazımsız əzab vermə cinayətini etiraf edib. Məhkəmədə, təqsirləndirilənlərin işkəncə verdikləri qoyunun qulaq nişanını “xatirə” olaraq götürüb, enerji içkisi qutusuna gizlədikləri bildirilib. 2023-cü ilin noyabrında baş verən hadisədə, Ashby heyvanı yerə yıxıb təpikləmiş, Hollands isə telefonu ilə hücumu çəkib. Daha sonra heyvanın ağzına və bədəninə yerləşdirilən havai fişəklər, onun ölümünə səbəb olub.

Polis, bir qadın şahidin videoları tələb etməsi ilə araşdırmaya başlayıb və təqsirləndirilənlərin telefonlarında başqa narahatedici görüntülər də aşkar edilib. Hakim, bu davranışları “dəhşətli və sadist” adlandıraraq, müdafiəsiz heyvana edilən zülmün yalnız pozğun bir məmnunluqla izah oluna biləcəyini qeyd edib. Ashby iki il, Hollands isə 20 ay həbs cəzasına məhkum edilib.

Lamiyə Taciyeva.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki