Taksi sürücülərinin günlərlə gözlədiyi XƏBƏR GƏLDİ: Yeni qərar qəbul edildi, artıq tam avtomatik olacaq!

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və taksi sifarişi operatorlarının iştirakı ilə həyata keçirilən yeni rəqəmsal həll taksi sürücülərinin sənədlərinin avtomatik yoxlanılmasını təmin edəcək. Bəs bu yenilik bazarda hansı dəyişikliklərə səbəb olacaq?

Mövzu ilə bağlı Referans Media-ya açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, burada əsas məsələ texniki imkanların daha da təkmilləşdirilməsidir.

“Burada sadəcə texniki imkanların daha da təkmilləşdirilməsindən söhbət gedir. Sənədlərin qısa zamanda sistemə yüklənməsi sürücülərin vaxtına qənaət etməyə xidmət edir. Bu baxımdan burada fundamental dəyişiklikdən söhbət getmir”, – deyə ekspert bildirib.

Onun sözlərinə görə, yeni sistem daha çox operativliyin artırılmasına və sürücülərin texniki imkanlardan daha geniş yararlanmasına şərait yaradacaq.

“Sadəcə operativlik baxımından sürücülərin texniki imkanlardan daha geniş yararlanması, vaxt itkisinin qarşısının alınması faydalı yanaşmadır. Mən düşünürəm ki, bu sahədə daha da təkmilləşdirilməli işlər var və onları da görmək lazımdır”, – deyə E.Muradlı vurğulayıb.

Ekspert qeyd edib ki, AYNA tərəfindən bu istiqamətdə müəyyən addımlar artıq atılır.

“Biz də müxtəlif müzakirələrdə iştirak etmişik, təkliflər vermişik. Ümid edirəm ki, yaxın zamanda tətbiq olunan bu cür texniki imkanlar faydalı nəticələr verəcək”, – deyə o əlavə edib.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki