Lavrov Ukraynaya kütləvi zərbələrin anonsunu verdi

Rusiya hücumlara cavab olaraq Ukraynadakı hədəflərə müntəzəm kütləvi zərbələr endirəcək.

Referans Media APA-ya istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Sergey Lavrov bildirib.

O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin asılı olduğu hədəflər hücuma məruz qalacaq.

“İnanıram ki, bütün düzgün sözlər deyilib, amma sözlərin yetərli olmadığına çoxdan əminəm”, – Lavrov vurğulayıb.

Rusiya XİN rəhbəri Prezident Vladimir Putinin “Ukrayna ordusunun döyüş qabiliyyətinin birbaşa asılı olduğu hədəflərə müntəzəm olaraq kütləvi hücumlar edəcəyik” sözlərini xatırladıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki