İran raketinin qalıqları İsrailin Hayfa şəhərindəki neft emalı zavodlarının (NEZ) ərazisinə düşüb və nəticədə zərər dəyib.
Referans Media xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat verib.
Məlumatda bildirilir ki, Hayfa rayonunun İran ərazisindən raket atəşinə tutulması zamanı, ehtimal ki, kasetli döyüş başlığından istifadə olunub və onun fraqmentləri həmin rayonda bir neçə sahəyə düşüb. Jurnalistlər qeyd ediblər ki, zərbədən sonra şəhərin bəzi rayonlarında və ətraf ərazilərdə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.
