İranı Ermənistan vasitəsilə dərhal tərk edin! - Xəbərdarlıq

"Əgər siz Britaniya vətəndaşısınızsa və artıq İrandasınızsa, istər sakin, istərsə də turist kimi, xahiş edirəm orada qalmağınızı və bununla bağlı riskləri diqqətlə nəzərdən keçirin".

Referans Media  xəbər verir ki, bu barədə xəbərdarlıq Böyük Britaniya Xarici İşlər Nazirliyi yaydığı bəyanatda qeyd olunub.

Rəsmi qurum vətəndaşarlarına, ən son məlumatlar üçün yerli və beynəlxalq medianı izləməyi tövsiyə edib.

"Təhlükəsizlik və ya hərbi obyektlərin yaxınlığındakı ərazilərdən qaçın. Gediş planlarınızı müntəzəm olaraq nəzərdən keçirin. İranı Ermənistan vasitəsilə tərk etmək istəyən Britaniya vətəndaşlarının ildə 180 günə qədər Ermənistanda qalmaq üçün vizaya ehtiyacı yoxdur", - deyə bəyanatda qeyd olunub./Bakıvaxtı.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki