“Fənərbaxça”da bu mövsüm əsas heyətdə yer almaqda çətinlik çəkən qapıçı İrfan Can Eğribayat üçün xaricdən sürpriz transfer iddiaları gündəmə gəlib.
TRT Sporun məlumatına görə, Polşanın “Cracovia” klubundan sonra “Legia Varşova” və “Lech Poznan” komandaları da İrfan Can üçün transfer yarışına qoşulub.
Qısa müddət ərzində “Fənərbaxça”ya rəsmi təkliflərin gəlməsi gözlənilir.
“Fənərbaxça”dan ayrılması gündəmdə olan İrfan Can Eğribayatın klubla müqaviləsi 2027-ci ilə qədər davam edir.






















