İstanbulun Sultanbəyli rayonunda iki sürücü arasında baş verən yol mübahisəsi ictimaiyyətin sərt reaksiyasına səbəb olan qalmaqallı hadisə ilə nəticələnib.
Referans Media xəbər verir ki, hadisə zamanı avtomobilindən enən şəxs mübahisə etdiyi sürücünün avtomobilinin bağlı şüşəsinə yaxınlaşaraq onu təhqiredici hərəkətlərlə təxribata çəkməyə çalışıb.
Bununla kifayətlənməyən şəxs daha sonra yolun ortasında ictimai əxlaq normalarına zidd davranış nümayiş etdirib. Hadisə zərərçəkən sürücü tərəfindən mobil telefonun kamerası ilə qeydə alınıb.
Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra geniş müzakirələrə səbəb olub. İstifadəçilər hadisəni kəskin şəkildə pisləyərək, həmin şəxsin müəyyən edilərək qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmasını tələb ediblər.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma apardığı bildirilir.
