“Xəyal” İstirahət Mərkəzinin rəhbəri böyük məbləğdə cərimə edilib.
Referans Media-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılan yoxlama ilə mnəlum olub ki, "Xəyal” İstirahət Mərkəzi meşə fondu torpağında yerləşib və istirahət mərkəzinin ərazisində olan ağaclar meşə fonduna aiddir.
İstirahət mərkəzinin rəhbərliyi həmin ərazidə ağacları kəsdirib.
Belə ki, idarənin əməkdaşları tərəfindən “Xəyal” İstirahət Mərkəzinin ərazisində aparıln yoxlama zamanı təsadüf nəticəsində istirahət mərkəzinin ərazisində 1 ədəd ağacın kəsildiyini və kötük hisəssinin qaldığı aşkar edilib. Həmin ağacın cinsi və diametri müəyyən edilib və həmin ağacın yalanqoz cinsindən olan 48 santımetr diametrdə 1 ədəd kök üstə yaş halda ağac olduğunu müəyyən edilib.
Həmin ağac icazəsiz və özbaşına kəsdiyindən “Xəyal” İstirahət Mərkəzinin icərədarı barəsində İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsi ilə təqsirli bilinərək 4500 manat məbləğində cərimə edilib.
Bu qərardan narazı qalan istirahət mərkəzinin rəhbərliyi tərəfindən məhkəməyə müraciət edərək inzibati cərimə cəzasının ləğv olunmasını istəyib. Məhkəmə şikayəti təmin etməyib./Yurd.Media/
