Jirinovskinin daha bir dəhşətli proqnozu yayıldı – İranla bağlı elə şeylər olacaq ki… backend

Jirinovskinin daha bir dəhşətli proqnozu yayıldı – İranla bağlı elə şeylər olacaq ki… 

Rusiya Liberal Demokrat Partiyasının yaradıcısı Vladimir Jirinovskinin Yaxın Şərqlə bağlı illər öncəki proqnozu gündəm olub.

Bu barədə Çinin “Baijiahao” nəşri xatırlatma edib.

Bildirilib ki, vaxtilə partiya lideri İranla İsrail arasında münaqişənin kəskinləşməsi ilə bağlı proqnoz verib:

“Onun bəyanatları inanılmaz səslənirdi, lakin reallığa çevrildi. Jirinovski hər şeyi dəqiq görə bilirdi. Siyasətçi beynəlxalq münasibətlərə bələd olub. Ona görə də onun açıqlamaları öyrənilməlidir”.

Nəşrin məlumatına görə, Jirinovski 2019-cu ildə qeyd edib ki, Yaxın Şərqdə hadisələrin inkişafı qlobal qarşıdurmaya səbəb ola bilər:

“Bir televiziya verilişinin efirində o, İran və İsrailin iştirak etdiyi münaqişənin əvvəlki yerli müharibələrdən qat-qat böyük olacağını və bütün dünyaya təsir edəcəyini deyib. O, həmçinin iddia edib ki, ABŞ NATO ölkələrini səfərbər edəcək və İranı qorxulu, lokallaşdırılmış silahlarla bombalamağa başlayacaq”.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki