Zərdab Peşə Liseyinin sabiq direktoru, keçmiş deputat Əlihüseyn Əliyev vəfat edib.
Referans Media xəbər verir ki, o, 76 yaşında dünyasını dəyişib.
Ə.Əliyev 1991-ci ilədək rayon partiya komitəsində təlimatçı, siyasi maarif kabinetinin müdiri və ideoloji şöbənin müdiri vəzifələrində çalışıb.
O, iki dəfə Zərdab rayonundan deputat seçilib. Sabiq deputat 2016-cı ilədək Zərdab Peşə Liseyinin direktoru vəzifəsində çalışıb./modern.az/

