"Arsenal" uzun illər sonra İngiltərə Premyer Liqasında çempionluq üçün son addıma gəlib. London klubu 2003-2004 mövsümündən bəri ilk dəfə titul qazanmağa çox yaxınlaşıb.
"Arsenal" 37-ci turda öz meydanında "Börnli" üzərində 1:0 hesablı qələbə qazanıb. Qarşılaşmada yeganə qolu Kai Havertz vurub.
Bu nəticədən sonra "Arsenal" xallarını 82-yə yüksəldib və turnir cədvəlində liderliyini qoruyub.
"Arsenal"ın çempionluğunu rəsmiləşdirməsi üçün əsas rəqibi "Mançester Siti"nin "Bornmut"səfərində xal itirməsi kifayətdir. Bu halda London klubu rəsmi olaraq çempion elan olunacaq.
"Arsenal" son dəfə 2003-2004 mövsümündə Premyer Liqa çempionu olub. İndi isə 22 illik fasilədən sonra yenidən titul sevinci yaşamağa çox yaxındır.
Turnir vəziyyəti
"Arsenal" – 82 xal (37 oyun)
"Mançester Siti" – 77 xal (36 oyun)
Mövsümün son turu 24 mayda keçiriləcək və çempionun taleyi rəsmən müəyyənləşəcək.
İngiltərə Premyer Liqası
37-ci tur
18 may
Arsenal – Börnli 1:0
Qol: Haverts, 37.
