image-macaristanin-yeni-basbakani-netanyahuya-kapilari_f77c24dafd_ampbackend

Macarıstandan Netanyahuya sərt mesaj: Gəlsə, həbs olunacaq

Macarıstanın yeni baş naziri Peter Magyar İsrailin baş naziri Benyamin Netanyahu barədə verilmiş beynəlxalq həbs qərarı ilə bağlı sərt mövqe ortaya qoyub. O bildirib ki, Netanyahu Macarıstana gəldiyi təqdirdə ölkəsi məhkəmənin qərarını icra edəcək.

Referans Media xəbər verir ki, Magyar vurğulayıb ki, Macarıstan beynəlxalq hüquqa və öhdəliklərinə sadiq qalacaq.

Yeni baş nazir açıqlamasında qeyd edib ki, Macarıstan Beynəlxalq Cinayət Məhkəməsi ilə münasibətləri gücləndirməyi planlaşdırır. Onun sözlərinə görə, məhkəmənin qərarlarının icrası dövlətin beynəlxalq öhdəliklərinin bir hissəsidir.

Magyar əlavə edib ki, beynəlxalq hüquqa hörmət Macarıstanın xarici siyasətində əsas prinsip olaraq qalacaq.

Qeyd edək ki, Macarıstanın keçmiş baş naziri Viktor Orban hökuməti Netanyahu haqqında verilmiş həbs qərarını tanımadığını bildirmiş və ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən çıxması prosesini başlatmışdı.

Peter Magyarın son açıqlamaları isə Budapeştin bu siyasəti dəyişə biləcəyinə işarə edir.

Eyni zamanda, yeni baş nazir Netanyahunu Macarıstana dəvət etdiyi ilə bağlı yayılan iddiaları da təkzib edib və belə bir addım atmadığını bildirib.

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi 21 noyabr 2024-cü ildə İsrailin baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Gallant barəsində müharibə cinayətləri ittihamı ilə həbs qərarı çıxarıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki