Mahir Emreli zədələndi

  Azərbaycan millisinin və Almaniyanın “Kayzerslautern” klubunun futbolçusu Mahir Emreli zədələnib.

Referans xəbər verir ki, 28 yaşlı hücumçu bu səbəbdən komandasının 2-ci Bundesliqanın V turunda bu gün “Darmştadt”a qarşı keçirəcəyi oyunda meydana çıxa bilməyəcək. Onun adı görüşün iştirak ərizəsinə salınmayıb.

Qeyd edək ki, Mahir Emreli DÇ-2026-nın seçmə mərhələsinin İslandiya və Ukrayna ilə oyunları üçün Azərbaycan millisinin heyətinə cəlb olunub. Onun zədəsinə görə heyətdən çıxarılıb-çıxarılmayacağı hələ bilinmir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki