UEFA-dan Türkiyə–Fransa oyununa mübahisəli hakim təyinatı

UEFA Millətlər Liqasında Türkiyə millisinin Fransa ilə keçirəcəyi oyunun hakimləri açıqlanıb.

Referans MEDİA xəbər verir ki, qarşılaşmanı Almaniya Futbol Federasiyasını təmsil edən Felix Zvayer idarə edəcək. Ona yan xətt hakimləri Robert Kempter və Nikolay Kimmeyer kömək edəcəklər.

UEFA-nın açıqladığı təyinata əsasən, VAR hakimi Kristian Dinqert olacaq.

Dinqert bu mövsüm UEFA Çempionlar Liqasında Galatasaray ilə Sportinq arasında keçirilən oyunda da VAR hakimi kimi çalışmış və qəbul etdiyi qərarlar mübahisələrə səbəb olmuşdu.

Həmin qarşılaşmada "Qalatasaray"ın baş məşqçisi Okan Buruk VAR-ın bəzi epizodlara müdaxilə etməməsinə etiraz etmişdi.

İddialara görə, Kristian Dinqert Aleksey Batrakova qarşı edilən sərt qayda pozuntusunda və "Sportinq"in qazandığı penalti epizodunda baş hakimi VAR baxışına dəvət etmədiyi üçün tənqid olunmuşdu.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki