Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində 20-yə yaxın çoxtərəfli beynəlxalq görüşdə iştirak edəcək.
Referans Media bildirir ki, bu barədə TASS agentliyinə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin Beynəlxalq Təşkilatlar Departamentinin direktoru Kirill Logvinov məlumat verib.
Onun sözlərinə görə, Rusiya nümayəndə heyətinin Nyu-Yorkda keçiriləcək əlavə tədbirlərdə iştirak proqramı hələ tam yekunlaşmayıb, çünki dəvətlər daxil olmağa davam edir.
“Hazırda Nyu-Yorkda üç gün yarımlıq səfər çərçivəsində mövqelərin əlaqələndirilməsi və Rusiyanın yanaşmalarının irəli sürülməsi baxımından əhəmiyyət daşıyan 20-yə yaxın yüksək səviyyəli çoxtərəfli görüş planlaşdırılıb”, – deyə Logvinov bildirib.
Diplomatın sözlərinə görə, əsas prioritetlər sentyabrın 23-də Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı(KTMT) üzrə müttəfiqləri ilə keçiriləcək nazirlər görüşü və sentyabrın 24-də BMT Nizamnaməsinin Müdafiəsi üzrə Dostlar Qrupu daxilində eyni düşüncəli ölkələrlə nazirlər səviyyəsində görüşlərdir.
Loqvinov qeyd edib ki, hər iki görüş iştirakçı dövlətlərin beynəlxalq arenada fəaliyyətlərini sıx şəkildə əlaqələndirmək niyyətini nümayiş etdirir.
Kirill Loqvinov daha əvvəl bildirmişdi ki, Sergey Lavrov BMT Baş Assambleyası çərçivəsində 30-dan çox ikitərəfli görüş keçirəcək.
Danışıqların Əlcəzair, Braziliya, Bruney, Venesuela, Qayana, Qvatemala, Dominikan Respublikası, Misir, Hindistan, İordaniya, İraq, İran, Yəmən, Kuba, Küveyt, Livan, Mali, Maldiv Respublikası, Mərakeş, Meksika, Nikaraqua, BƏƏ, Panama, Seneqal, Serbiya, Suriya, Sudan, Trinidad və Tobaqo, Uruqvaydan olan həmkarları, eləcə də Sakit Okean Kiçik Ada İnkişaf Etməkdə olan Dövlətlərinin (PSIDS), Ərəb Liqası və Sahel Dövlətləri Alyansının nümayəndələri ilə danışıqlar aparılır. Diplomat qeyd edib ki, "siyahıda ATƏT, MAQATE rəhbərliyi və BMT Baş Assambleyasının prezidenti Xəlilur Rəhman da var".
