Almaniyanın sabiq kansleri Angela Merkel ölkə prezidenti vəzifəsinə mümkün namizəd kimi qiymətləndirilir.
Referans Media BILD-ə istinadla xəbər verir ki, onun namizədliyini “Yaşıllar” partiyası irəli sürə bilər.
Bu proses, hazırkı federal prezident Frank-Valter Ştaynmayerin müddəti başa çatdıqdan sonra baş verə bilər.
Bununla yanaşı, sabiq kanslerin mətbuat xidməti bildirir ki, Merkel prezidentliyə namizəd olmağı planlaşdırmır.
Angela Merkel kansler olduğu dövrdə siyasəti ilə tez-tez tənqid olunub. Ona nəzarətsiz miqrant axınını buraxmaq və Almaniyanın nüvə elektrik stansiyalarını bağlamaq ittihamları irəli sürülür ki, nəticədə Avropanın ən böyük iqtisadiyyatı Rusiya enerji asılılığına düşüb.//globalinfo.az
