backend

Məşhur rejissor Rob Reiner və həyat yoldaşının ölüm səbəbləri açıqlandı

Hollywood-u sarsıdan xəbərdə bildirilib ki, məşhur rejissor Rob Reiner (78) və həyat yoldaşı Michele Singer Reiner (70) son günlərdə dünyasını dəyişmişdi.

Referans media xəbər verir ki, Los Anceles Tibb Ekspertiza İdarəsi tərəfindən yayılan rəsmi məlumata görə, cütlüyün ölüm səbəbi “çoxsaylı kəsici alət xəsarətləri” olub.

14 dekabr 2025-ci ildə Brentvudda yerləşən evlərində ölü tapılan cütlüyün ölümü rəsmi olaraq “qətl” kimi qeydə alınıb.

Baş şübhəli: Oğlu

Hadisənin hüquqi tərəfi isə faciəni daha da kədərləndirir. Cütlüyün 32 yaşlı oğlu Nik Reiner, valideynlərini qətlə yetirməkdə ittiham edilərək birinci dərəcəli qətl maddəsi ilə həbs olunub.

Məlumata görə, hadisədən qısa müddət əvvəl ata ilə oğul arasında şiddətli mübahisə baş verib. Nik Reiner-in məhkəmə prosesi davam edir və o, 7 yanvar 2026-cı il tarixində yenidən hakim qarşısına çıxacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki