Məşhur türk serialı ilə bağlı qalmaqal: ssenari müəllifi saxlanıldı

Türkiyədə yayımlanan “Kızılcık şerbeti” serialının ssenari müəllifi Merve Göntem saxlanılıb.

Referans.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Merve Göntemin 4 il əvvəl verdiyi müsahibəyə görə saxlanıldığı deyilir.

Müsahibədə Göntem qadınların pul üçün əxlaqsız yollara əl atdığını deyib, bunun artıq ölkədə adiləşdiyini bildirib.

Xatırladaq ki, bir neçə gün öncə Türkiyə Radio və Televiziya Şurası “Kızılcık şerbeti”ndə ailənin gəlini (Doğa) ilə kürəkən (Firaz) arasında yaranan eşq macərası səbəbilə serial barəsində araşdırmalara başlanıldığını açıqlamışdı./globalinfo.az 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki