Zakir Həsənov işə çıxdı: Onlarla görüşdü

Müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 16-da Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb.

Referans Media xəbər verir ki, Müdafiə Nazirliyindən  verilən məlumata görə, görüşdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-leytenant" və "general-mayor" ali hərbi rütbələrinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 7 noyabr 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra zabitlərə rütbələr təqdim edilib.

General-polkovnik Z.Həsənov Ali Baş Komandanın təbrikini hərbi qulluqçulara çatdırıb, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Təltif olunan zabitlər öz növbələrində göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki,nazir bir müddət öncə koronavirusa yoluxmuşdu.

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki