“Trabzonspor”un heyətində möhtəşəm performans sərgiləyən Məhəmməd Salah İngiltərə mediasının diqqət mərkəzinə düşüb.
Referans Media xəbər verir ki, BBC-nin “Liverpul” üzrə müxbiri Aadam Patel Misirli futbolçunun Türkiyədəki çıxışını və gələcək hədəflərini dəyərləndirib. O, Salahın hələ də yüksək səviyyədə oynamaq gücündə olduğunu sübut etməyə qərarlı olduğunu bildirib.
Müxbirin sözlərinə görə, Salah 2027-ci ildə keçiriləcək Afrika Millətlər Kubokunda və 2030-cu il dünya çempionatında iştirak etməyi hədəfləyir. Futbolçunun “Trabzonspor”u seçməsində əsas amillərdən biri isə bütün diqqətini futboluna yönəldə bilməsidir.
Qeyd edək ki, Salah bu mövsüm “Trabzonspor”un heyətində bütün turnirlərdə 16 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun Türkiyə klubu ilə müqaviləsi 2028-ci il iyunun 30-dək qüvvədədir.
